Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Avropa İttifaqının Balkanlara doğru genişlənməsində maraqlıdır

Almaniya Kansleri Angela Merkel hesab edier ki, bir sıra Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daxil olması təşkilat üçün böyük strateji maraq kəsb edir. Belə bir bəyanatla Almaniya hökumətinin başçısı Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüş zamanı çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.

Merkel bildirib: “Bilirəm, belə bir təsəvvür var ki, Avropada inteqrasiya prosesi çox ləng gedir və Avropa İttifaqı həmişə yeni tələblər düşünüb tapır. Ancaq biz bunun nəticələrini və tərəqqi əldə olunduğunu görürük... Avropa İtti­faqının üzvü olan bütün ölkələr nəzərdə saxlamalıdır ki, bütün Qərbi Balkan ölkələrinin təşkilata üzv qəbul edilməsi böyük strateji maraq kəsb edir”.

Almaniya kanslerinin fikrincə, gələcəkdə Avropa İttifaqına üzv ola biləcək altı ölkəni nəzərdən keçirilə bilər. Bunlar Albaniya, Bosniya və Hersoqovi­na, Serbiya, Şimali Makedoniya, Çerno­qoriya və tanınmamış Kosovodur.

Merkelin sözlərinə görə, bu ölkələr Avropa İttifaqının üzvü olmaq üçün uzun bir yol keçməlidir. Bundan əlavə, Merkel Qərbi Balkan ölkələrinin Avropaya in­teqrasiyası üçün Berlin prosesinin vacib olduğunu da əlavə edib.

Qeyd edək ki, “Berlin prosesi” adlandırılan diplomatik təşəbbüs 2014-cü ildə irəli sürülüb və ora­da Avropa İttifaqının Qərbi Balkan regionu ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi nəzərdə tutulur.

Onu da xatırladaq ki, Serbiya Prezi­denti Aleksandr Vuçiç sentyabrın 1-də rəhbərlik etdiyi respublikanın Avropa İttifaqına daxil olması məsələsinin tanınmamış Kosovo respublikası ilə münasibətlərindən asılı olduğunu bəyan edib.

Serbiya 1 mart 2012-ci ildə Avrpa İttifaqına üzvlüyə namizəd rəsmi sta­tusunu əldə edib. 2013-cü ilin dekab­rında Avropa İttifaqı Şurası Serbiyanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara başlanmasına icazə verib. 2014-cü ilin yanvarında isə Brüsseldə bununla bağlı ilk hökumətlərarası konfrans keçirilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 Sentyabr 2021 01:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə