Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR-in növbəti raket sınağı müzakirə olunub

NHK “World” telekanalının yaydığı məlumata görə, Yaponiya, ABŞ və Cənubi Koreyadan olan yüksək vəzifəli diplomatlar Koreya Xalq Demok­ratik Respublikasının (KXDR) növbəti qanadlı raket sınağını müzakirə ediblər.

Məlumata görə, Tokioda Yaponiya, ABŞ və Cənubi Ko­reyadan olan diplomatların görüşü keçirilib. Üçtərəfli görüş zamanı KXDR-in bir neçə gün əvvəl uzaq məsafəli qanadlı raketlərin sınağını keçirməsi ətrafında müzakirələr aparılıb.

Tərəflər Koreya yarımadasında nüvə silahının ləğvi məqsədilə qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəliblər. Bununla əlaqədar rəsmi Pxen­yanla müzakirələrin davam etdirilməsi və ona sanksiyalar vasitəsilə təzyiqin gücləndirilməsi qərara alınıb.

Xatırladaq ki, sentyabrın 13-də Koreya Mərkəzi Teleq­raf Agentliyi (KMTA) sentyabrın 11-də və 12-də qanadlı raketlərin uğurlu sınağı barədə məlumat yayıb. KMTA-nın məlumatına əsasən, həmin raketlər 1500 kilometr məsafədəki hədəfi vurmağa qadirdir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

15 Sentyabr 2021 01:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb
21 Oktyabr 2021 | 02:12
Yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə