Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstan: BMT yardım ayırır, taliblər isə Pəncşirdən qisas alırlar

Cenevrədə Əfqanıstan üzrə keçirilən beynəlxalq konfrans aclıq və xəstəliklərdən əziyyət çəkən yüz minlərlə əfqana yardım göstərməyə çağırış edib. Bu arada Taliban yaraqlı­larının Pəncşir vilayətində dinc sakinlərə atəş açması barədə xəbərlər yayılıb. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Konfransın açılışında çıxış edən BMT Baş katibi Antonio Quterreş bildirib ki, on illərlə davam edən ağır müharibələr, olmazın əzablar, təhdidlərdən sonra belə Əfqanıstan sakinləri bu gün, bəlkə də, həyatlarının ən təhlükəli günlərini yaşayırlar. Onun sözlərinə görə, burada vəziyyət kəskin surətdə dəyişməzsə, ölkəni ən yaxın gələcəkdə ağır fəlakətlər gözləyir.

A.Quterreş sonra deyib ki, indi hər üç əfqandan biri növbəti dəfə harada bir tikə çörək tapacağına əmin deyil. Yoxsulluq kəskin surətdə artmaqdadır, sosial müdafiə institutları faktiki oalraq məhv edilib. Yüz minlərlə insan öz evini tərk etməyə vadar olub. Bütün bunlar azmış kimi, üstəlik, ölkəni ötən üç ildə olduğu kimi, qarşıdakı qışda da ağır quraqlıq gözləyir. Qış yaxınlaşdıqca, daha çox insan ən zəruri qidalardan məhrum ola bilər.

Əfqanıstanda evsiz-eşiksiz qalan məcburi köçkünlərin sayı 3,5 milyon nəfərdir. Bu vaxta qədər ölkə büdcəsinin 40 faizə qədəri beynəlxalq yardımlar hesabına formalaşıb. Taliban hakimiyyətə gələndən sonra isə bu yardımlar tamamilə dayandırlıb.

Beynəlxalq konfrans başa çatandan sonra A.Quterreş “Reuters” agentliyinə açıqlamasında bildirib ki, tədbir iştirakçıları Əfqanıstana bir milyard dollara yaxın yardım göstərəcəklərini vəd ediblər. Bu, proqnozlaş­dırılandan 400 min dollara yaxın çoxdur.

Toplanan vəsaitin üçdə biri BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə çatdırılacaq. Proqramın direktoru Antea Vebb deyib ki, yardımları mümkün qədər tez çatıdırmağa çalışacaqlar. Belə ki, hazırda Əfqanıstanda vəziyyət son dərəcə ağırdır.

Bu arada internetdə Pəncşir vilayətində Taliban yaraqlıları tərəfindən qisas məqsədilə bir neçə dinc sakinin öldürülməsini əks etdiriən videomateriallar yayılıb.

Xatırladaq ki, Pəncşirdə müqavimətçilər Əhməd Məsudun komandanlığı altında Taliban yaraqlılarına qarşı son günlərədək vuruşublar. Pəncşir sakinləri Talibanın onları cəzalandıracaqlarından qorxurlar və kəskin zərurət olmasa, küçəyə çıxmamağa çalışırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

15 Sentyabr 2021 01:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2021 | 01:20
Türk dili tədris ediləcək
17 Oktyabr 2021 | 01:18
Rusiyada yoluxma artır
16 Oktyabr 2021 | 00:51
Afinada güclü fırtına
16 Oktyabr 2021 | 00:49
Əfqanıstanda güclü partlayış
15 Oktyabr 2021 | 23:58
PUA-lara tələbat artır

Köhnə versiyamızdan xəbərləri izlə