Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə bir sinifin 31 şagirdinin hamısı ali məktəbə daxil olub

Gəncədə bir sinifin 31 şagirdinin hamısı ali məktəbə daxil olub

Söhbət şəhərdəki İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseydən gedir. Burada 11-a sinfinin 31şagirdinin hər biri tələbə adını qazanıb.

Həmin sinifdən Azər Seyidli təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqləndiyinə görə "Gümüş nişan"la təltif olunub. Bundan başqa, sinfin 11şagirdi tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb.

Qəbul imtahanları zamanı isə 7 nəfər 600-dən çox, 6 nəfər 500 baldan artıq nəticə göstərərək ölkənin müxtəlif ali məktəblərinə qəbul olunub. İsmayıl Əsədov 674 balla ən yüksək göstərici əldə edib. Bir nəfər isə təhsilini Polşada alacaq.

Şəhərdəki M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 11- b sinfinin də bütün şagirdləri tələbə adını qa­zanıblar. Həmin sinfi bitirən19 nəfərin hər biri yüksək nəticə göstərərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olunublar. Ən yüksək nəticəni isə 673 balla Zaman Kazımov göstərib.

Tələbə adını qazanan yeniyetmə gənclərimizi təbrik edirik.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

15 Sentyabr 2021 01:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə