Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

IDEA İctimai Birliyindən verilən məlumatda bildirilir ki, növbəti yenilənmiş həyət Bakı şəhəri, Suraxanı rayo­nu, Yeni Günəşli “V” yaşa­yış massivində 1814 nəfər sakinin yaşadığı 1- 5 saylı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin abadlaşdırılması, yaşıllıqların bərpası, sağ­lam həyat tərzinin forma­laşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq im­kanları məhdud olan insan­ların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtları­nı səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 11 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraq­ları nəzərə alınaraq, həyətdə mühafizə kameraları, yeni işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, bina­ların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaq­nit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300 ədəd ağac əkilib və 1650 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırıl­maya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

“Xalq qəzeti”

15 Sentyabr 2021 01:05 -

Köhnə versiyamızdan xəbərləri izlə