Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 sentyabr Anım günü ilə əlaqədar Şirvanda şəhid ailələri ziyarət edilib

Prezident Administrasiyasının tapşırıq və tövsiyələrinə uyğun olaraq 27 sentyabr Anım gününün ölkənin bütün rayon və şəhərlərində qeyd edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyətinin 27 sentyabr Anım günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, Vətən müharibəsində canını fəda etmiş şəhid Məmmədli Cavid Natiq oğlunun, şəhid Hüseynov Nicat Ziyafət oğlunun, şəhid Fərəcov Kamran İlqar oğlu­nun və şəhid Xəlilov Namiq İlyas oğlunun ailə üzvləri ya­şadıqları ünvanlarda ziyarət edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti aparatının mətbuat xidmətindən aldı­ğımız məlumatda bildirilir ki, başçı İlqar Abbasov, şəhər bələdiyyəsinin sədri Kür­doğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi, mayor İlkin Məmmədov, icra hakimiyyətinin məsul işçiləri və bir qrup idarə, müəssisə rəhbərləri ziyarət tədbirində iştirak ediblər.

Ziyarət zamanı şəhər rəhbəri şəhid ailələrinə baş­sağlığı verərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci – vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğı­dan danışıb. Bu qayğının ölkənin bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də daim nəzarətdə və diqqətdə saxlanıldığını və mütəmadi davam etdirildi­yini vurğulayıb. İ.Abbasov, həmçinin şəhid ailələrini dinləyib, onları maraqlandı­ran məsələlərlə bağlı ətraflı məlumat və izahatlar verib. Eyni zamanda, Prezident Administrasiyasının tapşı­rıq və tövsiyələrinə uyğun olaraq 27 sentyabr Anım günü ilə bağlı görülən işlərdən, maarifləndirmə tədbirlərindən söz açıb. Belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını bildirib. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Şəhid ailələləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməyə görə Azərbaycan Respublikası­nın Prezidenti, cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Amin!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

15 Sentyabr 2021 01:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə