Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 263         Bakı şəhəri, 13 sentyabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Res­publikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşı­malarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haq­qında” 2006-cı il 9 fevral tarixli 40 nömrəli və “Xarici dövlətlərin hüqu­qi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haq­qında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Azərbaycan Respublika­sının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Res­publikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haq­qında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2021-ci il 19 aprel tarixli 1318 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188; 2008, № 1, maddə 46; 2009, № 10, maddə 853; 2016, № 4, maddə 780; 2018, № 7 (II kitab), maddə 1625; 2019, № 1, maddə 158, № 3, maddə 545; 2020, № 10, maddə 1273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşıma­larına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 3.5- ci bəndindən “yanında Dövlət Vergi Xidməti” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727; 2018, № 6, maddə 1371; 2021, № 4, maddə 417) ilə təsdiq edil­miş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.34-cü yarımbənddə “Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi” (bundan sonra – İqtisadiyyat Nazirliyi)” sözləri ilə əvəz edilsin;

2.2. 6.5-ci bənddə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

15 Sentyabr 2021 00:59 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə