Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalan: Memorial Kompleksdə şəhidlərin barelyefləri həkk olunub

 

 

Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Naftalan şəhərində ucaldılmış Memorial Kompleksdə tədbir təşkil olunmuşdur. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şəhidlər Bəhruz Quliyevin, Fərid Adıgözəlovun, Elyəddin Cəfərovun və Bəxtiyar Aslano­vun barelyefləri Azərbaycanın ərazi bütövlüyü uğrunda can­larından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Komleksə həkk olunub. Tədbir iştirakçıları Memorial Komp­leksi ziyarət etmiş, önünə gül dəstələri düzmüş, şəhidlərin ruhlarına dualar oxumuşlar.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək bildirib ki, Vətən müharibəsində həlak olan şəhidlərimizin qanı yerdə qalmamış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqla­rımız işğaldan azad olunmuş, böyük tarixi Qələbə qazanıl­mışdır.

Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi Naf­talanda da şəhid ailələrinə və qazilərə daim diqqət, qayğı göstərilir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

15 Sentyabr 2021 00:44 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə