Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üç qardaşın dostluğu dünya durduqca sarsılmaz qalacaq

 

 

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş–2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirdə general-leytenant Hikmət Mirzəyev çıxış edərək, Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxışlarında qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında tarixi dostluq zamanın ən sərt sınaqlarından uğurla çıxmışdır və bu, dünya durduqca, əbədi olaraq qalacaqdır.

“Üç qardaş–2021” beynəlxalq təliminin təntənəli açılış mərasimində səslənən fikirlər, qarşıya qoyulan mühüm hədəflər ölkə ictimaiyyətində dərin razılıq hissilə qarşılanıb. Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Təlimləri keçirməkdə məqsəd regionda sülh və sabitliyin qorun­ması, təhlükəsizliyin təmin olunma­sıdır. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təliminin son dərəcə böyük əhəmiyyəti vardır.

Bu xalqlar dünyada azadlıqsevər, qürurlu və sülhsevər xalqlar kimi tanınırlar. Bu qardaş xalqların hər biri hər hansı bir təcavüzkara “dur” deməyi bacaran xalqdır. Bunu zaman dəfələrlə təsdiq edib.

Amma biz birlikdə daha güclüyük. Düşmən yatmayıb, hər zaman bizə pisliklər etməyə can atır. Bundan başqa, regionda sülh və sabitliyin bərqərar olunmasını istəməyən qüvvələr mövcuddur. Azərbaycan, Türkiyə və Pakistanın dostluğu onları çox narahat edir. Lakin onlar heç bir şey edə bilməyəcəklər. Ona görə ki, biz düz yoldayıq. Biz heç kimin torpağına göz dikmirik, amma torpaq­larımıza göz dikənlərin gözlərini çıxar­mağa qadirik. Qoy düşmənlərimiz bu həqiqəti unutmasınlar.

Bir daha vurğulamaq istəyirəm. Azərbaycan, Türkiyə və Pakistan olduqca yaxın dost və qardaş ölkələrdir. Bizi saf əqidə və yüksək bəşəri dəyərlər, zəngin mənəviyyat birləşdirir. Xalqlarımız bir-birinə tarixən sıx şəkildə bağlıdırlar. Qarşı­lıqlı, dərin inam və etimada söykənən bu əlaqələr bu gün də uğurla davam etməkdədir.

Məlumdur ki, Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silah­lı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistan ölkəmizə həmrəylik və dəstək nüma­yiş etdiriblər. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Həyat durmur. Zaman yeni vəzifələr, çağırışlar irəli sürür. Azərbaycan dövləti bunu nəzərə alaraq, regionun və xalqları­mızın təhlükəsizliyinin təmin edilməsi üçün qardaş və dost ölkələrlə əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Görünən budur ki, Türkiyə və Pakistan bizim səsimizə səs verir.

Hazırda regionda yeni reallıqlar yaranıb. Azərbaycan xalqı, rəşadətli Milli Ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti sayəsində bölgədə tari­xi ədaləti bərpa edib. Rəsmi Bakı Cənubi Qafqazda, eləcə də daha böyük coğrafi ərazidə hərtərəfli əməkdaşlığın, inkişaf və tərəqqinin tərəfdarı kimi çıxış edir.

Zərrə qədər şübhə etmirəm ki, “Üç qardaş–2021” beynəlxalq təlimlərində hər üç ölkənin hərbi qulluqçuları geniş təcrübə və fikir mübadiləsi aparacaq­lar. Bu, tədbir iştirakçılarının peşəkar hazırlıq səviyyəsinin daha da artırıl­masına böyük töhfə verəcək.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

15 Sentyabr 2021 00:43 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə