Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 266 Bakı şəhəri, 13 sentyabr 2021-ci il
“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 979, № 10, maddə 1279, № 12 (V kitab), maddə 1581) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bəndə “12 (on iki) ay” sözlərindən sonra “(ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay)” sözləri əlavə edilsin.
2. 3.4-cü bəndə “12 (on iki) aydan” sözlərindən sonra “(ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

15 Sentyabr 2021 00:38 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə