Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 264 Bakı şəhəri, 13 sentyabr 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598; 2019, № 3, maddələr 517, 527; 2020, № 10, maddə 1308) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura)” sözləri və 2.9-1-ci bənddə “Şuraya” sözü “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015,
№ 6, maddə 789; 2016, № 3, maddə 599, № 5, maddə 955, № 11, maddə 1958; 2017, № 1, maddə 118; 2019, № 3, maddə 527; 2020, № 11, maddə 1390) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na 5 nömrəli əlavə - “Dövlət büdcəsi hesabına verilmiş qrant barədə Məlumat”ın 20-ci sətrində “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” sözləri “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin” sözləri ilə əvəz edilsin.
3. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604,
№ 5, maddə 1115; 2019, № 2, maddə 365, № 7, maddə 1347, № 8, maddə 1455, № 11, maddə 1851; 2020, № 5, maddə 657; 2021, № 3, maddə 279, № 4, maddə 418, № 5, maddə 515) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci hissədə “1-20” rəqəmləri “1, 2 və 4-20” sözləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə “1-7-ci” sözləri “1-ci, 2-ci, 4-7-ci” sözləri ilə əvəz edilsin;
3.3. həmin Qərara 3 nömrəli əlavə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin işçilərinin aylıq vəzifə maaşlarının Cədvəli” ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddə 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 iyun tarixli 190 nömrəli, 15 iyul tarixli 209 nömrəli, 17 iyul tarixli 212 nömrəli, 24 avqust tarixli 240 nömrəli və 28 avqust tarixli 247 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın 142-ci hissəsinin “Baş kredit sərəncamçıları” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinin 23-cü sətrinin “Dövlət qurumunun adı” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

15 Sentyabr 2021 00:37 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə