Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 262            Bakı şəhəri, 13 sentyabr 2021-ci il

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yara­dılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; 2018, № 11, maddələr 2429, 2456, № 12 (II kitab), maddələr 2739, 2759; 2019, № 11, maddə 1853; 2020, № 3, maddə 368, № 7, maddə 980, № 10, maddə 1301; 2021, № 3, maddə 268; Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2021-ci il 25 iyun tarixli 184 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazir­liyinin strukturuna daxil olmayan tabeliyindəki qurum­ların Siyahısı”nın “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinə aşağıdakı məzmunda 31-ci hissə əlavə edilsin:

“31. Təhsil Tələbə Krediti Fondu”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

15 Sentyabr 2021 00:22 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə