Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 261                   Bakı şəhəri, 13 sentyabr 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli və “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli və “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 29 noyabr tarixli 865 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 1349 nömrəli Fərmanına əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092) ilə təsdiq edilmiş “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “(bundan sonra – Agentlik)” sözləri “(qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Res­publikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilsin;

1.2. 1.4-cü bənddə “Agentlik” sözü “Dövlət Mine­ral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092) ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayır­ması” statusunun verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında “(bundan sonra – Agentlik)” sözləri “(qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndin birinci cümləsində “Agent­lik” sözü “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

15 Sentyabr 2021 00:22 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə