Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teymur Musayev ÜST-nin Avropa üzrə Regional Komitəsinin illik sessiyasında çıxış edib

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin illik sessiyası sentyabrın 13-dən 15-dək keçirilir. COVID-19 pandemiya­sı səbəbindən tədbir Kopenhagendən virtual formatda yayımlanır.

Sessiyada səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə edəcəklər.

Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edir.

T.Musayev "Fövqəladə hallara hazırlıq və cavab tədbirləri kontekstində COVID-19 pandemiyasından çıxarılan nəticələr" mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır, onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.

“Xalq qəzeti”

14 Sentyabr 2021 23:24 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə