Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyanın Bolonya şəhərində “G20 VIII Dinlərarası Forum” öz işinə başlayıb

Azərbaycan forumda geniş nümayəndə heyəti ilə təmsil olunur

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində “G20 VIII Dinlərarası Forum”un açılış mərasimi keçirilib. Forum­da ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxü­lislam Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edirlər.

 

“Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderlər, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli alim və ictimai xadimlər iştirak edirlər.

Açılış mərasimində İtaliya Respub­likasının Prezidenti Sercio Mattarella­nın forum iştirakçılarına ünvanladığı müraciəti oxunub.

Forum işini panel sessiyalarla davam etdirib.

Üç gün davam edəcək Dinlərarası Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və eti­qad azadlığının, qadın və uşaq hüquqla­rının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və sair bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə olunacaq.

Forumda Şeyxülislam Allahşükür Paşazadənin və mədəniyyət naziri Anar Kərimovun məruzə ilə çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, QMİ sədri İtaliyanın milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən sentyabrın 12-dən 14-dək Bo­lonya şəhərində səfərdədir.

Nihad BUDAQOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

14 Sentyabr 2021 23:20 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə