Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya ölkə sakinləri nəqliyyatda gediş abonementləri almasını stimullaşdırıb

Bu gündən etibarən iki həftə ərzində Almaniyanın bütün şəhərlərində bu və ya digər bələdiyyə ərazisində qanuni ünvanı olan və xüsusi smartfon əlavəsində keçirilən kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmiş bütün şəxslər üçün şəhər nəqliyyatında gediş pulsuz olacaq.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya şəhərlərinin ictimai nəqliyyat rəhbərləri bu aksiyanı keçirməklə hətta il yarım davam etmiş koronavirus pandemiyasından sonra da özlərinin nəqliyyatda gediş üçün aylıq və illik biletlərini ləğv etməmiş sərnişinlərə təşəkkürünü bildirmək istəyirlər.

Məsələ burasındadır ki, pandemiya başlanandan indiyə qədər ölkədəki bütün nəqliyyat şirkətlərinin müştərilərinin sayı 2019-cu ilin sonu ilə müqayisədə təqribən 15 faiz azalıb. Nəqliyyat şirkətləri sözün həqiqi mənasında maliyyə böhranı keçirirlər. Dövlət onları dəstəkləmək üçün milyardlarla əlavə yardım ayırıb.

Nəqliyyat şirkətlərinin menecmenti bu aksiyanı keçirməklə gələcəkdə şəhər sakinləri tərəfindən aylıq və ya illik gediş haqqı abonentləri alınmasını stimullaşdırmaq istəyir. Nəqliyyat şirkətləri sakinlərə əlavə güzəştlər vəd edir.

14 Sentyabr 2021 15:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə