Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnkişaf etmiş ölkələrin kommersiya neft ehtiyatları beşillik minimuma enib

Bu ilin iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin kommersiya neft və neft məhsulları ehtiyatları 34,4 mln. barel azalaraq 185,7 mlrd. barelə düşüb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Məlumata görə, qeydə alınan həcmlər son beş ildə müşahidə edilən orta göstəricidən aşağıdır.

Qeyd olunur ki, əvvəl "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının əsas məqsədi kimi, qlobal neft kommersiya neft və neft məhsulları ehtiyatlarının həcmini son beşillik orta göstəriciyədək çatdırmaq qeydə alınıb. Lakin 2020-ci ildə qlobal kommersiya neft ehtiyatlarının anomal yüksək səviyyədə olduğundan 2021-ci ildən razılaşma iştirakçıları tərəfindən əsas kimi 2015-2019-cu illərdə qeydə alınan orta göstəricilər götürülür.

14 Sentyabr 2021 17:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Oktyabr 2021 | 09:30
AMB-nin valyuta məzənnələri
20 Oktyabr 2021 | 09:29
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə