Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Sosial və infrastruktur layihələri rayonların uğurlu inkişafı üçün zəmin yaradır

Cəlilabad və Şəmkir rayonlarında sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib.

 "Xalq qəzeti" xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən səsləndirib.

“Sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür”, - deyə dövlətimizin başçısı bildirib.

14 Sentyabr 2021 14:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə