Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

14 Sentyabr 2021 14:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə