Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsulları Moskvada keçirilən tekstil sərgisində nümayiş olunur

Azərbaycanın 7 şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə Moskvada keçirilən "Heimtextil Russia 2021" sərgisində təmsil olunur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Xalq qəzeti"nə verilən məlumata görə, 14-16 sentyabr tarixlərində keçirilən sərgidə, ev tekstili, interyer parçaları və dekor materialları nümayiş olunacaq.

Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.

Qeyd edək ki, "Heimtextil Russia" – parçalar, ev tekstili və bəzək materialları beynəlxalq sərgisidir.

14 Sentyabr 2021 10:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 Sentyabr 2021 | 10:17
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:23
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:12
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə