Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının nəzərinə!

 

 

“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 1 noyabr 2021-ci il, saat 16:00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir. Yığıncağın gündəliyi:

1. Cəmiyyətin Maliyyə-Təftiş Komissiyasının hesabatı.

2. Cəmiyyətin idarə heyətinin hesabatı.

3. 2019-2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və illik hesabatın təsdiq edilməsi.

4. Hüquqi ünvanın dəyişdirilməsi.

5. Dividendlərin paylanması.

Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək , Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə, tanış olmaq mümkündür.

Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. İllik ümumi yığıncaqda səhmdar özü, yaxud notari­us tərəfindən təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.

İdarə heyəti

14 Sentyabr 2021 00:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2021 | 00:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə