Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmin İnkişafı Fondunun “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsini elan edib.

Elmin İnkişafı Fondundan "Xalq qəzeti"nə verilən məlumata görə, müsabiqə iştirak etmək üçün layihələr oktyabrın 15-dək qəbul olunacaq.

Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elm sahələrində tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılmasıdır. Eyni zamanda, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılmasıdır. Müsabiqə bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsini də nəzərdə tutur.

Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulan müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının vaxtı barədə məlumat Fondun internet səhifəsində dərc olunub. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

13 Sentyabr 2021 16:37 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə