Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni televiziya verilişi üçün dekorasiyanın hazırlanması işlərinin satınalınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs Orxan Ağalarovdan, telefon- 537-03-64) ünvandan ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 19 noyabr 2018-ci il saat 18.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 20 noyabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. 
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

12 Noyabr 2018 22:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə