Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər birləşdirir” adlı bayram tədbiri keçirilib

Moskva Günü ilə əlaqədar Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər birləşdirir” adlı bayram tədbiri təşkil olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan” pavilyonunda sərgi-yarmarkanın ziyarətçilərinə Azərbaycan məhsulları təqdim edilib. Qonaqlar əfsanəvi Azərbaycan çayının dadına baxmaq, həmçinin milli üslubda şəkil çəkdirmək imkanı əldə ediblər.

Sərginin kreativ-bədii meydançasında arzu edən hər kəs Moskva və Bakının görməli yerlərinin rəsmlərini rəngləyib, Azərbaycan paytaxtına və ölkəmizin tarixi yerlərinə virtual tur həyata keçiriblər.

Bayram tədbirinin proqramına milli xoreoqrafiya kollektivlərinin ifasında Azərbaycan mahnı və rəqsləri də daxil edilib.

13 Sentyabr 2021 09:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Oktyabr 2021 | 00:44
Rəssamlıq sənətimizin korifeyi
13 Oktyabr 2021 | 00:59
Dastanlaşan Dədə Ələsgər

Köhnə versiyamızdan xəbərləri izlə