Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə tennisçisi Emma Radukanu karyerasında ilk dəfə “US Open” turnirinin qalibi olub

 

 Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.

Ümumi mükafat fondu 57,7 milyon dollar olan turnirin həlledici görüşündə İngiltərə tennisçisi Emma Radukanu və kanadalı Leylu Anni Fernandes üz-üzə gəlib. Görüş britaniyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:3.

On səkkiz yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi adını qazanıb.

Bu titulun son qalibi yaponiyalı tennisçi Naomi Osaka olub.

Qeyd edək ki, “US Open” turnirinin kişilər arasında həlledici görüşündə Novak Cokoviç (Serbiya) və Danil Medvedev qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

12 Sentyabr 2021 12:24 - İDMAN
İDMAN
24 Oktyabr 2021 | 01:02
Həftənin ən yaxşısı

Köhnə versiyamızdan xəbərləri izlə