Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ilk robot vəkil proqramı

Süni intellekt (AI) proqram sistemləri vasitəsilə kənar müdaxilə olmadan yenilənən və düşünən kompüter proqramı hüquq ictimaiyyəti tərəfindən getdikcə daha çox istifadə olunur. Proqramın müəllifi Brauder “DoNotPay” tətbiqini dünyanın ilk robot vəkili olaraq qiymətləndirib.

 

BBC xəbər verir ki, robot vəkil istifadəçilərə hüquqi sənədlərin hazır­lanması, ərizə və məktubların yazılma­sında kömək edir. Proqramın çat-botuna problem qeyd olunur, robot dərhal lazımi məlumatları verir. Brauder qeyd edir ki, istifadəçilər proqramı qanuni və düz­gün şəkildə istifadə edərək faydalana bilərlər.

Şirkət Kaliforniyanın Silikon Vadisində yerləşir. “DoNotPay” proq­ramının ilk versiyası 2015-ci ildə Londonda 18 yaşlı Brauder tərəfindən yaradılıb.Tətbiq daha sonra İngiltərə və ABŞ-da istifadə olunub. Hazırda robot vəkil proqramı istifadəçilərə sığorta tələbləri, turist vizası üçün müraciət, şikayət məktubları, hüquqi məsləhətlər və s. xidmətləri təqdim edir. Brauderin sözlərinə görə, pandemiya dövründə istifadəçilərin sayı iki dəfə artıb. Şirkət “DoNotPay”ın 150 milyon abunəçiyə sahib olduğunu iddia edir. Şirkət 2020- ci ildə Amerika Vəkillər Kollegiyasının Hüquqi Əlaqəni Genişləndirmək Müka­fatına layıq görülüb.

Hüquqşünasların bir qismi süni intel­lekt (Aİ) tətbiqindən rahatsız olsalar da, digərləri proqramın çoxlu sayda müvafiq sənədləşməni tez bir zamanda yerinə yetirə bilməsindən məmnundurlar. Londonda yerləşən “The 36 Group” adlı şirkətin vəkili Sally Hobson müxtəlif cinayət işlərinin araşdırılması üçün Aİ istifadə etdiyini qeyd edib. Tətbiqin istifadəsi 10 mindən çox sənədi tez bir zamanda təhlil etmək ehtiyacından irəli gəlib. Vəkilin sözlərinə görə, proqram tapşırığı insanların ehtiyac duyduğun­dan dörd həftə daha tez tamamlayıb.

Robot vəkil tətbiqi 55 ölkədə, 80 dildə fəaliyyət göstərən 300-dən çox hüquq firmasında istifadə olunur.

Leyla MƏMMƏDOVA, “Xalq qəzeti”

12 Sentyabr 2021 01:21 - TEXNİKA
TEXNİKA
20 Oktyabr 2021 | 17:49
"Facebook" adını dəyişəcək

Köhnə versiyamızdan xəbərləri izlə