Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 255               Bakı şəhəri, 10 sentyabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2084; 2020, № 12 (V kitab), maddə 1613) ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.6-cı yarımbənddə “Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “publik hüquqi şəxsi” sözləri ilə əvəz edilsin.

2. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.2. Bu Qaydanın 7.1.2-ci yarımbəndində nəzərdə tutulan ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmako-nəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər ara­sında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzim-lənir. Ekspertiza “Dərman vasitələri haqqında” Azərbaycan Respub­likası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçirilir.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

10 Sentyabr 2021 23:30 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə