Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi”

 

 

Vətən müharibəsinin başlamasının bir illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” adlı kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunmuşdur.

Rahid Uluselin oxuculara təqdim olu­nan yeni kitabı “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının konseptual əsaslandırılmasından ibarətdir. Müəllif bu kitabında ilk dəfə olaraq Vətən müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını araşdırır, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşı­lıqlı stimullaşma təkamülünü izləyir, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır. Kitabda müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siya­si, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşması dərindən izlənilir.

Birinci və İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) dövründə yaradılan ədəbiyyatın – “ədəbi-bədii salnamənin birinci və ikinci qatı” – örnəklərini əhatəli araşdırır. Müharibənin başladığı vaxtdan indiyədək bilavasitə bədii ədəbiyyatın və ümumən, ədəbi-humanitar mədəniyyətimizin son bir ildə əldə etdiklərini ümumiləşdirərək müəllif bu nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti qarşısında həqiqətən böyük perspektivlər açılır.

Rahid Ulusel öz tədqiqatında göstərir ki, dövlətimizin yeni milli arxitekturasını yara­dan– XXI əsr Azərbaycanı, Vətən müharibəsi və müasir Qarabağ əsərinin baş qəhrəmanı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. “Ədəbiyyatın Şuşa zirvəsini fəth etmək” – bu gün bizim yaradıcı düşüncəmizin görküdür.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovdur.

R.TAHİR, “Xalq qəzeti”

10 Sentyabr 2021 00:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə