Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyat mərhəmət və şəfqətlə gözəldir

 

 

Məlum olduğu kimi, bu il avqystun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

Bu yeni təlim və tərbiyə müəssisələrində tezliklə təhsil alacaq uşaqlar, burada çalışan pedaqoqlar, indi, əlbəttə, çox sevinirlər. Bəllidir ki, onların hər birinə bu böyük sevinci bəxş edən çox hörmətli şəxsiyyət xalqımızın sevimlisi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Mehriban xanım mərhəmət, xeyirxahlıq, şəfqət kimi dəyərlərdən qaynaqlanan sonsuz sayda nəcib əməlləri ilə on minlərlə insanın həyatına sevinc bəxş edib.

Burada ölkəmizdə təhsil sahəsində görülən məqsədyönlü işlər barədə geniş danışmaq fikrim yoxdur. Lakin qısa da olsa, bəzi fakt­ları xatırlatmağı özümə borc bilirəm. Təkcə Heydər Əliyev Fondunun xəttilə son illər ərzində ölkəmizdə saysız-hesabsız məktəblər, uşaq baxçaları inşa və bərpa edilmişdir. Onların çoxunun açılışında Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəxsən iştirak etmişdir. Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inki­şafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır.

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüsta­nın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

2005-ci ildən icrası­na başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldı­ğı 500-dən çox məktəb binası inşa olunub və yenidən quru­lub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

Xüsusi vurğulamaq lazımdır ki, fond təhsil müəssisələrindəki uşaqların sonrakı taleyinə də biganə yanaşmır. Qurumun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayo­nunda inşa edilmiş 68 mənzillik yaşayış binası istifadəyə verilmişdir. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunmuşdur.

Yuxarıda sadaladığım bu faktlar Azərbaycan Respublikasının Birinci vit­se-prezidenti Mehriban Əliyevanın milli dövlətçiliyimizn inkişafı, daha da güclənməsi, xalqımızin tərəqqi və intibahı üçün gördü­yü nəhəng işlərin kiçik bir hissəsidir. Necə deyərlər, bunlar ümmandan bir damladır. Bütün bunlara görə ölkə əhalisinin, eləcə də təhsil ictimaiyyətinin Azərbaycanın birinci xanı­mına olan sevgisi sonsuzdur.

Esmira RƏHİMOVA,

“Ailələrə sosial dəstək” İctimai Birliyinin rəhbəri

5 Sentyabr 2021 00:14 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə