Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə yerli "Pusat" zirehli maşınını nümayiş etdirib

Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan "Pusat" taktiki zirehli hərbi maşınının istehsalına başlayacaq.

TÜMOSAN şirkəti zirehli hərbi maşının satışı üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.

Qeyd olunur ki, "Pusat" zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır. Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.

"Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb. 2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.

“Xalq qəzeti”

3 Sentyabr 2021 21:35 - TEXNİKA
TEXNİKA
20 Oktyabr 2021 | 17:49
"Facebook" adını dəyişəcək

Köhnə versiyamızdan xəbərləri izlə