Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran idmançımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran idmançımızı təbrik edib.

 "Xalq qəzeti" xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.

3 Sentyabr 2021 19:16 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə