Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair heç bir konseptual yanaşma mövcud deyil

Bu ilin may ayında Ermənistanda baş vermiş “məxməri inqilab”dan sonra Nikol Paşinyan baş nazir olsa da, parlamentə nəzarət edə bilmirdi.
Nikol Paşinyan oktyabrın 16-da televiziya vasitəsilə bəyan etdi ki, ölkədə yaranmış siyasi böhrandan çıxmaq məqsədilə istefa verir və yeni seçkilərədək sadəcə baş nazirin səlahiyyətlərini yerinə yetirəcək. Nikol Paşinyanın bu addımı analitik və təhlilçilərdə onun və tərəfdarlarının ölkənin qanunverici və icraedici orqanlarının ələ keçirilməsində növbəti addım kimi, parlamentin və hökumətin buraxılması üçün formal əsas yaratmaq və növbədənkənar parlament seçkilərinə yol açmaq üçün atılmış bir addım olması haqqında rəy yaratdı. Bundan öncə isə o, özünüsığorta üçün hüquqi dövlətin idarəetmə prinsipi olan siyasi plüralizmə zidd olaraq, parlament fraksiyalarını seçkidə öz namizədini irəli sürməmək haqqında iltizam verməyə məcbur etmişdir. Paralel olaraq yeni baş nazir hakimiyyətinin ilk günlərindən həbslər və təzyiqlər vasitəsilə siyasi və iqtisadi oponentlərini zərərsizləşdirmək siyasəti yürütmüş, öncə özünü həbs, daha sonra isə üç mühüm tərəfdarını həbs etməklə ən güclü rəqibi olan eks-prezident Koçaryanı seçki marafonundan kənarlaşdırmışdır. 
 Keçən bir neçə ay ərzində yeni baş nazir və onun komandası korrupsiyaya qarşı mübarizə, yeni vergi islahatları adı altında rəqib siyasi qrupların iqtisadi rıçaqlarını sıradan çıxarmaq və ən əsası ölkədə iqtisadi resursların və mülkiyyətin yeni və qeyri-qanuni bölüşdürülməsi istiqamətində sistemli fəaliyyəti sezilməkdədir. Bu “islahatlar”da əsas hədəf olaraq keçmiş hakim klanın nüfuzlu iqtisadi və siyasi simaları seçilmişdi. Bu proseslərdə, həmçinin ənənəvi rusiyapərəst qüvvə və simaların hədəf olaraq seçilməsi , yeni hakimiyyətin Qərb dairələrindən maliyyə və digər formalarda dəstəklənməsi haqqında fikirlərin möhkəmlənməsinə xidmət edir. 
Nəzərə alsaq ki, ölkə iqtisadiyyatının, enerji daşıyıcıları, sənaye və digər müəssisələrinin 80 faizi Rusiyanın iri dövlət konsernlərinin nəzarətində olması faktı mövcuddur, zaman bu fəaliyyətin Paşinyan və onun komandası üçün yarada biləcəyi problemlərin fonunda yeni siyasi reallıqlar üzə çıxır. 
N.Paşinyan Dağlıq Qarabağla bağlı danışıqlar prosesində Ermənistanın illərlə yürütdüyü qeyri-konstruktiv mövqeyi davam etdirməyə, danışıqlar prosesini  hər vəchlə uzatmağa, mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Münaqişənin  həlli ilə bağlı heç bir konseptual yanaşmaya malik olmayan Nikol Paşinyan Dağlıq Qarabağ mövzusu ətrafında ATƏT-in Minsk qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd, problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması ilə müşayiət olunan, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması anlamına gələn mövqeyi təkcə Azərbaycanı deyil, regionda sülhün və inkişafın bərqərar olması üçün çalışan bütün maraqlı tərəfləri, nizamlayıcı missiya daşıyan beynəlxalq qurumları da narahat edir. Onun bu yanaşması beynəlxlaq ictimaiyyətdə hərbi cinayətkar kimi tanınan Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin aradan qalxacağı, hakimiyyətə gələn yeni qüvvələrin loyal ola biləcəyi, o cümlədən, Paşinyanın müəyyən kompromislərə gedə biləcəyi haqqında gözləntiləri puça çıxartdı. Ermənistandakı yeni hakimiyyətin və şəxsən baş nazir Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair nə fikirləşdiyini  onun xarici siyasət üzrə müşaviri Arsen Xaratyan bildirdi. A.Xaratyan Ermənistan İctimai Televiziyasına müsahibəsində yeni hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konseptual yanaşmasının mövcud olmadığını, ümumiyyətlə, Ermənistanda Qarabağla bağlı danışıqlardan çox az insanın məlumatlı olduğunu bildirib və bu səbəbdən hətta sabiq prezident Serj Sarkisyanın xüsusi nümayəndə kimi bu danışıqlarda iştirakını istisna etməyib. 
Sentyabrda keçirilmiş İrəvan meri və yerli icra orqanları seçkilərinin nəticələrini və necə aparılmasını, əslində, yeni baş nazir və onun komandası və onların gələn ay keçirəcəyi parlament seçkiləri haqqında ilkin rəy olaraq qəbul edə bilərik.
Qeyd edim ki, İrəvan meri vəzifəsinə Paşinyanın dəstəklədiyi şəxs, ixtisasca aktyor, erməni ictimaiyyətində təlxək rolunun mahir ifaçısı kimi tanınan Ayka Marutyan seçilmişdir. Həmçinin Nikol Paşinyan və tərəfdarlarının seçkilər və yeni parlamentə təsir vasitəsi kimi “Sasna Srer” silahlı qruplaşmasının siyasiləşdirmək, parlament qüvvəsi kimi formalaşdırmaq istiqamətində atdığı addımlar onun siyasi mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Bu seçkilər milli seçki qanunvericiliyi və prosedurları, beynəlxalq seçki normaları haqqında məlumatsız Paşinyan tərəfdarlarının çoxluğu ilə, neytrallığı pozulmuş və müstəqilliyi şübhə doğuran seçki komissiyalarının icrası ilə həyata keçirilmiş, çoxlu sayda qanun pozuntuları ilə yadda qalmışdır. Zamanın az olması səbəbi ilə beynəlxalq seçki müşahidəsi təsisatlarına Ermənistanda keçiriləcək seçkilərə obyektiv müşahidə etmək imkanı  verməyəcək. Bu seçkilər və gələcək parlamentdə bölgünün necə olacağı haqqında oturuşmuş rəy budur ki, proseslər Nikol Paşinyan planlaşdırdığı qədər asan keçməyəcək.

 

Yeganə HACIYEVA,
Gənc Demokratlar İnstitutunun sədri, beynəlxalq hüquq və münasibətlər üzrə ekspert

 

10 Noyabr 2018 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə