Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc yazarın yeni kitabı işıq üzü görüb

 

 

Gənc yazar Anar Şamilin “Üçlü bir həyat” adlı yeni kitabı işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, roman və hekayələrdən ibarət olan kitabda insan, cəmiyyət, Tanrının vəhdəti və fərqliliklərindən irəli gələn yaşamdan bəhs edilir.

Qeyd edək ki, bu kitab müəllifin il ərzində çap edilən ikinci kitabıdır. Belə ki, bu ilin fevral ayında Anar Şamilin Xocalı faciəsi ilə bağlı həmmüəllifi olduğu kitab Türkiyədə çap edilib.

Onu da qeyd edək ki, kitabın satışından əldə edilən gəlir bütövlükdə “YAŞAT” Fondunun hesabına köçürüləcək.

3 Sentyabr 2021 00:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə