Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doktoranturaya fəlsəfə fənni üzrə qəbul imtahanı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibinin sərəncamına əsasən, 10 sentyabr 2021-ci il tarixində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

AMEA-dan bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar və eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər imtahanın keçirilmə qrafiki ilə AMEA-nın müvafiq elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.

İmtahan AMEA Mərkəzi Elmi Kitabaxanasının binasında saat 10:00-dan başlayaraq, 12:00-da və 14:00-da keçiriləcək.

Qrafikə uyğun olaraq, namizədlərin imtahanın başlamasından 30 dəqiqə öncə imtahan binasında olmaları zəruridir.

"Xalq qəzeti"

2 Sentyabr 2021 16:18 - ELM
ELM
2 Oktyabr 2021 | 08:36
Xatirələrdə yaşayacaq insan

Köhnə versiyamızdan xəbərləri izlə