Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 245            Bakı şəhəri, 28 avqust 2021-ci il

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqın­da

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublika­sı Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021- ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2021, № 5, maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 162 nömrəli, 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 16 iyul tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli və 2 avqust tarixli 231 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-3.2-ci bənd ləğv edilsin;

1.2. 2.5-3.3-cü və 2.5-3.9-cu bəndlərdən “50 nəfərdən” sözləri çıxarıl­sın.

2. Bu Qərar 2021-ci il 1 sentyabr tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə