Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Azərbaycanda avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı ehtimal edilir.

30 Avqust 2021 18:15 - EKOLOGİYA
EKOLOGİYA
26 Oktyabr 2021 | 18:11
Sabahın HAVA PROQNOZU
22 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə