Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 248                                        Bakı şəhəri, 28 avqust 2021-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uza­dılması ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiya­sının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınma­sı məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr ta­rixli 336 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5 maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 177 nömrəli, 29 iyun tarixli 187 nömrəli və 22 iyul tarixli 220 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “1 sentyabr” sözləri “1 noyabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redak­siyada verilsin:

“1.1.15. 2021-ci il 4 sentyabr saat 00:00- dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 okt­yabr saat 00:00-dan 11 oktyabr saat 06:00- dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

3. Bu Qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə