Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə 43 milyon il əvvəl yaşamış balinanın yeni növü aşkar edilib

Misir alimləri qədim dördayaqlı balinanın yeni növünü müəyyən ediblər. Fiomisetus anibus (Phiomicetus anubis) balinasının daşlaşmış qalığı Misirin qərbində Fayum ərazisində aşkar edilib. Ərazi indi səhra olsa da, bir zamanlar dənizinaltında olub. Bu barədə “Proceedings of the Royal Society” jurnalının rəsmi saytında (https://royalsocietypublishing.org/journal/rspb) dərc olunan məqalədə  qeyd olunub.

Misirin Mansoura Universitetinin alimlərinin tədqiqatına əsasən, Fiomisetus anibusun təxminən 600 kq çəkisi və üç metr uzunluğu olub. Ov tutmaq üçün güclü çənələrə malik balina quruda gəzməyi və suda üzməyi bacarıb.

Fiomisetus anibusun kəllə sümüyü qədim Misir ölülərin tanrısı hesab edilən Anubisə bənzəyir. Araşdırmanın aparıcı müəllifi Abdullah Gohar bildirib ki, Fiomisetus anibus yeni bir balina növüdür və Misir və Afrika paleontologiyası üçün önəmli tədqiqat obyektidir: “Ayaqları olan bir balinanın fosili 9daşlaşmış qalığı)  ilk dəfə aşkar olunmasa da, Afrikada kəşf edilən Fiomisetus anibusun suda quruda yaşayan balinanın ən erkən növü olduğunu deyə bilərik”.

Mütəxəssislərə görə, tapılan fosil balinaların müasir dəniz canlılarına qədər keçdiyi inkişaf yolunu izləməyə əsas verir.

Qeyd edək ki, müasir balinaların əcdadları 10 milyon il ərzində quruda yaşayan keyiklərə bənzər məməlilərdən inkişaf edib. İlk balinaların təxminən 50 milyon il əvvəl Cənubi Asiyada meydana gəldiyi ehtimal olunur. 2011-ci ildə Peruda paleontoloqlar qrupu 43 aylıq, dördayaqlı balina skleti aşkar edib.

 

                                                                 Leyla Məmmədova,

                                                                 “Xalq qəzeti”

28 Avqust 2021 17:34 - ELM
ELM
2 Oktyabr 2021 | 08:36
Xatirələrdə yaşayacaq insan

Köhnə versiyamızdan xəbərləri izlə