Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub

 

 

Avqustun 26-da şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri təşkil edilib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə yaşlı nəslin nümayəndələri, Qarabağ müharibəsi qaziləri, şəhər ziyalıları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müx­biri xəbər verir ki, Preziden­tin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şuşalıları Şuşada salamla­yıb. Bildirib ki, şuşalılar 30 ilə yaxındır Şuşaya gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Şuşa şəhərini işğaldan azad edilməsi ilə bu həsrətə son qoyuldu. “Siz tezliklə Şuşa­nın dirçəlməsinin, yenidən qurulmasının şahidi ola­caqsınız. Şuşa şəhərində sakinlərin layiqli, gözəl həyat yaşamaları üçün şərait ya­radılacaq. Şuşalılar bundan sonra doğma şəhərlərində əbədi yaşayacaqlar”, – deyə o qeyd edib.

Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Şuşa­nın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşid­banu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər. Səfər zamanı sakinlər Şuşadakı evlərinə də baş çəkiblər.

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqus­tun 19-da təşkil olunub

27 Avqust 2021 00:38 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə