Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

26 Avqust 2021 17:51 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə