Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 243 Bakı şəhəri, 25 avqust 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqın­da” 2017-ci il 8 fevral tarixli 37 nömrəli, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 38 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 197, № 5, maddə 650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil ba­zasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasın­da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan Respublikası Preziden­tinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edil­miş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 198, № 5, maddə 650; 2021, № 3, maddə 270) ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasın­da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan Respublikası Prezidenti­nin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edil­miş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; 2020, № 2, maddələr 183, 199, № 5, maddə 650, № 8, maddə 1108) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasın­da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan Respublikası Preziden­tinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edil­miş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə