Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerik rayonunda meşə ərazisində başlamış yanğının söndürülməsi işləri davam etdirilir

Avqustun 23-də Lerik rayonunun Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, yanğınsöndürmə əməliyyatı nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.

Ərazidə əsasən kol-kos və qurumuş ağac kötükləri yanır. Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava yanğının söndürülməsinə mane olur.

23 Avqust 2021 11:58 - EKOLOGİYA
EKOLOGİYA
26 Oktyabr 2021 | 18:11
Sabahın HAVA PROQNOZU
22 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə