Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bilet sistemi proqram paketinin hazırlanması xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu­sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

Tenderdə iştirak haqqı 150 ma­natdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

AZN hesabı

Emitent

Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu – 210005

VÖEN – 1401555071

M/h – AZ­41NABZ01360100000000003944

SWIFT – CTREAZ22

Alan – Azərbaycan Respublikası­nın Dövlət Turizm Agentliyi

VÖEN – 1404365471

H/h – AZ53C­TRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınal­ma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- mikro, kiçik, orta və ya iri sahib­karlıq subyektinə aid olması barədə məlumat;

- məhkumluq barədə arayış;

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər ara­sında fərq aşkar olunarsa, üs­tünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddia­çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvan­laya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Mehman Bayramov.

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.

Telefon- +994125058704 (əlavə 2304); Faks: +994124920592.

E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırla­malı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 14 sentyabr 2021-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 22 sent­yabr 2021-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 23 sentyabr 2021-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elekt­ron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

21 Avqust 2021 00:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Oktyabr 2021 | 00:41
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:39
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə