Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatdırılacaq

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində tərəfdaş ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb. Müzakirələrdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov təmsil edib.

Mərkəzin informasiya şöbəsindən "Xalq qəzeti"nə bildiriblər ki, onlayn şəkildə keçirilən müzakirələr zamanı layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması, seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi və aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.

Məlumat üçün qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-si Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaq. Artıq quraşdırma işlərinə ilkin mərhələdə start verilib. Həmin stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq.

20 Avqust 2021 16:06 - EKOLOGİYA
EKOLOGİYA
22 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə