Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci xüsusi şöbədə növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. science.gov.az saytı yazır ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının fərmanı və AR Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" qərarına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, cari ildə İkinci xüsusi şöbənin tərtib etdiyi, AR Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış və AMEA prezidenti tərəfindən təsdiq edilmiş "AMEA-nın 2018-ci il üçün Mülki Müdafiə Tədbirlər Planı" vaxtında və lazımi səviyyədə yerinə yetirilib.

Şöbə rəisi hesabat ilində AMEA-nın elmi müəssisə və təşkilatlarında başlıca diqqətin MM sahəsində maarifləndirmə işlərinə, əməkdaşların ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldiyini söyləyib. O, 2018-ci ildə fövqəladə hadisələr zamanı rəhbər və komandir-rəis heyətinin, o cümlədən MM qüvvələrinin hazırlanması məqsədilə 23 elmi müəssisə və təşkilatda Mülki Müdafiə, 38 təşkilatda isə xəbərdarlıq və toplanış məşqlərinin keçirildiyini diqqətə çatdırıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 18:14 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə