Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti "IDEF 2021" sərgisində PUSAT avtomobili ilə maraqlanıb

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanmış PUSAT Hibrid hərbi avtomobili ilə tanış olub.

Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli avtomobil barədə Türkiyə prezidentinə məlumat veriblər. Bildirilib ki, bu avtomobil ilk dəfədir ki, "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikin yerli imkanlar hesabına hazırlan­masıdır.

Avtomobilin mühərriki 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.

Hazırda 100 ədəd avtomobilin mühərrikinin montajına başlanılıb və bu texnika Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

“Xalq qəzeti”

19 Avqust 2021 00:24 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə