Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Avqustun 17-də Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

18 Avqust 2021 12:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə