Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlat müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

18 Avqust 2021 11:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə