Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzildə ev əşyaları 8 kvadratmetr sahədə və pəncərə çərçivəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 Avqust 2021 09:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə