Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın haqqında film

“Sevinən fotolar və ya Çıraqov və başqaları Ermənistana qarşı” sənədli filmi çəkilib.

Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyası filmin süjet xəttini ermənilərin əsrlər boyu xalqımıza, torpaqla­rımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandalizm aktları təşkil edir.

Filmdə 2005-ci ilin aprelində həmvətənlərimiz Laçın rayonundan məcburi köçkün olan Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov onlara vurulmuş ziyana görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsindən, 2015-ci il iyunun 16-da "Çıraqov və başqa­ları Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarının elan olunmasından və Ermənistan hökumətinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb göndərməsindən bəhs edilir.

Filmin çəkilişləri Laçın rayonunun Kamallı kəndində aparılıb. Kəndin darmadağın edilmiş evlərinə baxanda tamaşaçı erməni vəhşiliyinin, erməni qəddarlığının, alçaqlığı­nın, terrorunun bir daha şahidi olur.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 Avqust 2021 00:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə